Siyasət

“Ukrayna Rusiyanın Donbasda irəliləmək cəhdlərinə hazırlaşır” - Zelenski

16 May 2022 08:23
0 Şərh     Baxış: 927

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Donbasa yeni hücum cəhdlərindən danışıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ölkəsi Rusiyanın bu cəhdlərinə hazırlıq görür.

"Rusiya Donbasda irəliləmək, hansısa yolla Ukraynanın cənubunda güclənmək istəyir. Biz bu cəhdlərin qarşsını almaq üçün hazırlıq görürük. Ruslar hələ də çıxılmaz

vəziyyətdə olduqlarını və onların adlandırdığı əməliyyatın qondarma "xüsusi əməliyyat" olduğunu etiraf etmək istəmirlər",- deyə Zelenski bildirib.

Ukrayna lideri deyib ki, ruslar Xerson və Mariupolda heç nəyə nail olmadığından Azov dənizi və Donbass istiqamətində güclərini göstərəcəyini deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.