"Əlini çək, "kurtka"m səndən bahadır" - Paşinyana qarşı OLİQARX PLANI
"Ermənistanda hazırda davam edən nümayişlər iki məsələ ilə fərqlənir".
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.

O bildirib ki, Sarkisyan da, Köçəryan da Paşinyanı əvəz etməyin risk olduğunu anlayırlar:
"Bu iki məsələdən birincisi, Ermənistanın bəzi politoloqlarının çıxışlarını izlədim. Orada çox maraqlı mənzərə var. Deyirlər ki, mitinqlərə yığılanların böyük əksəriyyəti müxalifətin əvvəlki mitinqlərinə gələnlərdən çox fərqlənirlər. İlk növbədə sosial təbəqə: polis gəlir bu etirazçıdan tutur ki, aparsın, həmin şəxs polisə qışqırır ki, "əlini çək, əynimdəki "kurtka" səndən bahadır". Və müşahidələr göstərir ki, bu etiraz aksiyalarında iştirak edənlər köhnə, vaxtı ilə hakimiyyətdə olan oliqarxların, iş adamlarının ailə üzvləridir. Kifayət qədər bahalı-bahalı maşınlarla gəlib, mitinqdə iştirak edənlər var.
İkinci məsələ - Serj Sarkisyanın dediyi məsələ: Məsələ orasındadır ki, hazırda Ermənistanda hakimiyyətə hər hansı bir qüvvə gəlir gəlsin, o, nə yeni ordu yarada biləcək, nə də güc balansını, regionda ümumi geosiyasi konteksti dəyişə biləcək. Buna obyektiv zəmin yoxdur. Ermənistanda Paşinyanı kim əvəz edir etsin, bu, vəziyyətdən çıxmağa yardımçı ola bilməz.

Serj Sarkisyanla, Robert Köçəryan bunu əla başa düşürlər və buna görə də hazırda Ermənistan müxalifətinin qarşısında duran əsas problem lidersizlik problemidir. Bu, bir az paradoksal səslənə bilər. Çünki bir tərəfdən Köçəryan, Sarkisyan kimi insanlar var, hansı ki, liderlik təcrübəsi var və iddiaları da ola bilər. Amma məsələ orasındadır ki, bunlar özləri çox yaxşı başa düşürlər ki, hakimiyyətə gəldikləri təqdirdə heç bir şeyi dəyişə bilməyəcəklər. Buna görə də onlar şəxsən fiziki olaraq Sarkisyanın, Köçəryanın və yaxud da Artur Vanetsyanın özləri Paşinyanı devirib yeni hakimiyyətin başında durmaq istəmirlər, riskləri anlayırlar.
Bütün deyilənləri nəzərə alaraq və hazırkı müxalifətin, yəni köhnə rejimin hansı xarici qüvvə ilə bağlı olduğunu nəzərə alaraq bütün qlobal konteks (Rusiya-Ukrayna müharibəsi) fonunda məndə elə təəssürat yaranır ki, Ermənistanda baş verən hadisələr hakimiyyətin dəyişməsi deyil, Azərbaycanla hərtərəfli uzunmüddətli sazişinin imzalanmasının yubadılması güdülür və bu, kimin marağına qulluq edir, aydındır.
Bu, nəyə görədir? Ona görədir ki, 9 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmanın əsas vasitəçi tərəfi Moskva idi. Onun da başı hazırda qarışıqdır və bu sülh sazişinin əldə olunması indiki şəraitdə heç Moskvanın maraqlarına uyğun deyil".
Qeyd edək ki, "Qarabağ klanı"nın əsas üzvlərindən olan Serj Sarkisyan İrəvvandakı mitinqlərdə iştirakı zamanı "Paşinyanı devirək, sonra Şuşa məsələsinə baxacağıq" fikirləri ilə diqqət mərkəzinə düşüb.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)





