Siyasət

Rusiya hərbçiləri kimya zavodunu atəşə tutub, ölənlər var

3 May 2022 20:02
0 Şərh     Baxış: 1 604

Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətindəki Avdeyevka koks-kimya zavodunu atəşə tutub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Donetsk hərbi vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, atəş nəticəsində 10 nəfər həlak olub, daha 15 nəfər yaralanıb.

Ölü sayının artacağı istisna edilmir.

Kirilenko əlavə edib, hadisə zavodun işçiləri evə gedərkən avtobus gözləyəndə baş verib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.