Siyasət

Kadırov onların yerini deyənə 1 milyon dollar veriləcəyini açıqladı

26 Aprel 2022 07:00
6 Şərh     Baxış: 3 640

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov "Şeyx Mənsur və Dudayevin batalyonları"nın yeri barədə məlumat verənə milyon dollar mükafat veriləcəyini açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə özünün teleqram kanalında qeyd edib.

"Bu Şeyx Mənsur və Dudayev adlanan batalyonun harada yerləşdiyini deyən hər kəsə bir milyon dollar (bağışlamağa hazır olan xeyriyyəçi var) elan edirəm... Onları əldən verməməliyik, məhv etməliyik. Diz çöküb bütün müsəlmanlardan bağışlanma diləməli və ya başları getməlidir", - Kadırov audiomüraciətində bildirib.

Qeyd edək ki, Ukraynada Kadırovun legitimliyini qəbul etməyən çeçenlər "Şeyx Mansur batalyonu" və "Cahar Dudayev batalyonu" yaradaraq ruslara qarşı döyüşürlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.