Siyasət

“Rusiyaya yarım milyon ukraynalı aparılıb”

23 Aprel 2022 23:07
0 Şərh     Baxış: 1 700

"İşğalçılar dövlətimizin müvəqqəti işğal olunmuş müxtəlif bölgələrindən yarım milyona yaxın insanı Rusiya Federasiyasının ərazisinə və ya işğal olunmuş Donetsk və Luqansk vilayətlərinin ərazilərinə aparıblar".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki,  bunu Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi brifinq zamanı deyib.

"Təəssüf ki, rəqəmlər faciəvidir... Rəqəmlər qətiyyən tam doğru deyil. Zirzəmilərdə işgəncələrə məruz qalan, basdırılan, çıxarılan ölənlərə gəlincə, - heç kim sizə dəqiq rəqəm deməyəcək. Biz hesab edirik ki, yarım milyona yaxın insan həlak olub", - deyə Zelenski bildirib.

O, həmçinin əlavə edib ki, Rusiyaya 5 minə yaxın uşaq aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.