Ölkə

Sürücüləri sınağa çəkən "gözəgörünməzlər": Paytaxt yollarında təhlükə artıb - VİDEO

7 Sentyabr 2025 14:16
Baxış: 416
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Paytaxtın bəzi ərazilərində yol nişanlarının sürücülər tərəfindən görünməsi çətinlik yaradır.

Buna səbəb ağacların budaqlarının yol nişanlarının qarşısını örtməsidir. Digər bir səbəb isə yol nişanlarının vətəndaşlar tərəfindən zədələnməsi və görünməz hala gətirilməsidir.

Sürücülər bildirirlər ki, bu hallar onların hərəkətinə problem yaradır və nişanların görülə bilməməsi təhlükəli vəziyyətlərə səbəb ola bilər.

Yaşıllaşdırma Təsərrüfatı Birliyindən (YTB) bildirilib ki, ağacların yol nişanlarının qarşısını kəsdiyi hallar mütəmadi olaraq aşkarlanır və həmin ünvandakı ağaclar kəsilir.

Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.