Siyasət

“Yenidən çıxılmaz vəziyyətə qayıtdıq” - Putin

12 Aprel 2022 21:13
0 Şərh     Baxış: 1 105

"Biz İstanbul görüşündə Ukrayna ilə müəyyən razılığa gəldik. Bu razılıq ondan ibarət idi ki, Ukrayna üçün təhlükəsizlik təminatı Krım, Sevastopol və Donbas ərazisinə aid edilməyəcək".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Belarus həmkarı Aleksandr Lukaşenko ilə "Vostoçnıy" kosmodromunda keçirilən görüşündə söyləyib.

"Rusiya danışıqların davam etməsi üçün şərait yaratdı. Lakin Ukrayna tərəfi İstanbul razılaşmasından uzaqlaşdı.

İndi təhlükəsizlik təminatı məsələsi ayrıca müzakirə olunur, Krım, Sevastopol və Donbas məsələsi bu danışıqlar çərçivəsindən kənara çıxarılır. Başqa sözlə, yenidən çıxılmaz vəziyyətə qayıtdıq", - deyə V.Putin bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.