Siyasət

Britaniya Ukraynaya əlavə hərbi yardım göndərəcək

31 Mart 2022 23:52
1 Şərh     Baxış: 1 082

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, Britaniya və onun müttəfiqləri özünümüdafiə üçün Ukraynaya daha çox hərbi yardım göndərməyə razılaşıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Uolles bu açıqlama ilə Ukrayna üçün ikinci Beynəlxalq Donor Konfransından sonra jurnalistlər qarşısında çıxış edib. Müdafiə naziri bildirib ki, müttəfiq ölkələr Ukraynaya daha çox yardım göndərmək barəsində razılığa gəliblər.

Yardıma hava və sahil müdafiə sistemləri, uzaqmənzilli mənzilli artilleriya, zirehli maşınlar, eləcə də daha geniş təlim və maddi-texniki dəstək vasitələri daxildir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.