Siyasət

Kuleba Ərdoğanın açıqlamasını təkzib etdi

26 Mart 2022 07:30
0 Şərh     Baxış: 2 057

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukraynanın danışıqlarda 6 bənddən 4-ü üzrə razılığa gəlməsi barədə açıqlamasını təkzib edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Kuleba bu barədə "Ukrainskaya pravda"ya müsahibəsində danışıb.

"Türkiyə Prezidentinin qeyd etdiyi 4 bəndlə bağlı Rusiya ilə heç bir konsensus yoxdur", - deyə Kuleba söyləyib.

O bildirib ki, Kiyevin mövqeyi dəyişməz olaraq qalır. Belə ki, ölkənin yeganə dövlət dili Ukrayna dili olacaq. Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti atəşkəsə nail olmaq, təhlükəsizlik zəmanətləri və Ukraynanın ərazi bütövlüyü ilə bağlı fikrində qalır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.