Siyasət

Rusiyanın növbəti hədəfi Polşadır?

22 Mart 2022 23:14
0 Şərh     Baxış: 2 833

Rusiya Federasiyasının Polşadakı səfirliyində sənədləri yandırmağa başlayıblar.

Milli.Az bildirir ki, Polşa mediası belə iddia ilə çıxış edib.

Polyaklar xatırladırlar ki, Rusiyanın Ukraynaya hücumundan bir həftə əvvəl RF-nin Ukraynadakı səfirliyində də analoji şəkildə sənədləri yandıraraq məhv edirdilər.

"Vertikal" diplomatik mənbələrə istinadən bildirir ki, Rusiya qapalı kanallarla Polşaya siqnal verərək bəyan edib: "Əgər Ukrayna bundan sonra da "NATO silahı ilə Rusiyaya qarşı silahlandırılmağa davam edilərsə" və "Polşa Ukraynaya NATO-nun sülhməramlı kontingentinin yeridilməsi təşəbbüsü ilə çıxış etməyə davam edərsə", Polşanın böyük şəhərlərinə "qabaqlayıcı zərbələr endiriləcək".

Varşavadakı rusiyalı diplomatlar isə ölkəni elə ilk siqnaldan sonra dərhal tərk etməyə hazırdırlar.

Xatırladaq ki, Polşa prezidenti Ancey Duda martın 24-də NATO-nun Brüsseldə keçiriləcək sammitində Ukraynada sülhməramlı missiya planını təklif etməyə hazırlaşır.

Bu missiyanın "bir həftə və ya bir ay ərzində hazır ola biləcəyi" vurğulanır.

Polşa belə təşəbbüslə çıxış edəndən sonra Danimarka sülhməramlı missiya ideyasına qoşulmağa hazır olduğunu bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.