Siyasət

Almaniyada Ukraynaya dəstək nümayişləri keçirilib

13 Mart 2022 23:43
0 Şərh     Baxış: 800

Almaniyanın böyük şəhərlərində Ukraynaya dəstək nümayişləri keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Berlində keçirilmiş nümayişdə 40 minədək adam iştirak edib. Onlar "Müharibəyə son", "Müharibəni dayandırın" şüarları səsləndiriblər.

Frankfurtda keçirilən aksiyada iştirak edənlərin sayı 11 000 nəfərdən çox olub. Analoji nümayişlər Ştutqart, Leypsiq və Hamburqda da keçirilib.

40-dan çox QHT və assosiasiyanın təşkil etdiyi nümayişlərdə ölkə üzrə 125 mindən çox adam iştirak edib. Aksiyalarda heç bir ciddi qanun pozuntusu və polislə qarşıdurma qeydə alınmayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.