Siyasət

“Müharibəni yalnız Putin və Şoyqu davam etdirmək istəyir”

12 Mart 2022 07:03
0 Şərh     Baxış: 1 474

"Ukrayna Rusiyanın bütün planlarından xəbərdardır və müharibəni yalnız Putin və Şoyqu davam etdirmək istəyir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin rəisi Kirill Budanov deyib.

"18 batalyon taktiki qrupu döyüş qabiliyyətini tamamilə itirib, daha 13-ü tamamilə məhv edilib. 31 batalyon taktiki qrupu faktiki olaraq iki həftə ərzində döyüş qabiliyyətini itirib. Bunlar rusların indiyədək heç vaxt görmədiyi dəhşətli itkilərdir" - Budanov qeyd edib.

O bildirib ki, kəşfiyyat Rusiyanın demək olar ki, bütün planlarını bilir:

"Böyük ofislərdə bəzi ideyalar yaranan kimi biz onlar haqqında dərhal xəbərdar oluruq. Bir daha deyirəm, Ukraynanı hərbi yolla ələ keçirmək üçün edilən cəhdlər uğursuz olacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.