Siyasət

Xarkov vilayətində kəndə altı hava bombası atıldı, iki uşaq öldü

10 Mart 2022 23:24
0 Şərh     Baxış: 1 152

Rusiya hərbçiləri hərbi infrastruktur obyekti olmayan Xarkov vilayətinin Slobojanskoye kəndində yaşayış məntəqələrini vurublar.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə  Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Atılan 6 hava bombasından biri ikimərtəbəli yaşayış binasına düşüb.

Müxtəlif mənbələrə görə, ikisi uşaq olmaqla 5-7 nəfər ölüb.

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 71 uşaq ölüb, 100-dən çox uşaq yaralanıb. Bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova məlumat verib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.