Siyasət

Ukrayna hərbçiləri Xarkov yaxınlığındakı Derqaçi şəhərini azad etdi

10 Mart 2022 08:44
0 Şərh     Baxış: 1 148

Ukrayna silahlı qüvvələri Xarkov vilayətindəki Derqaçidən rus işğalçılarını sıxışdırıb çıxarıb və əraziyə tam nəzarət edir.

Bunu Xarkov vilayəti hərbi administrasiyasının sədri Oleq Sinequbov deyib.

"Ukrayna silahlı qüvvələri rus işğalçısını Derqaçidən çıxarıb və əraziyə tam nəzarət edir. Orada uzun müddətdir ki, aktiv döyüşlər gedir. Rus işğalçısı şəhəri mühasirəyə almağa cəhd edib. Lakin hərbçilərimiz düşməni dəf edərək, əks-hücum əməliyyatına başlayıb", - deyə Sinequbov bildirib.

Sinequbovun sözlərinə görə, düşmən texnikasının itkiləri arasında 2 tank və 2 zirehli texnika var.

Ukrayna ordusu itki verməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.