Siyasət

Ukraynada ağır döyüşlər gedir, Rusiya hərbi texnikası ələ keçirilib - FOTO

3 Mart 2022 08:24
1 Şərh     Baxış: 2 874

Ukraynanın Kiyev vilayətinin şəhər və qəsəbələrində - Qostomeldə, Nemeşaevoda, Buçada və Borodyankada ağır döyüşlər davam edir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Kiyev vilayəti polisinin mətbuat xidməti məlumat yayıb.

"Buçanşina Kiyev vilayətinin Rusiyanın işğalı səbəbindən çətin vəziyyətin yarandığı rayonlarından biridir. Qostomel, Nemeşaevo, Buça və Borodyanka döyüşləri davam etdirir, İrpində hava hücumunun nəticələri aradan qaldırılır. Digər icmalarda vəziyyət nəzarət altındadır", - xəbərdə deyilir.

Qeyd olunur ki, asayiş keşikçiləri gecə-gündüz işləyir, nəzarət-buraxılış məntəqələrində xidmət göstərir, avtomobilləri yoxlayır, şübhəli əşyalar və şəxslərlə bağlı müraciətləri cavablandırır, zərərçəkənlərə kömək göstərir.

Eyni zamanda Ukrayna hərbçiləri Rusiya ordusunun texnikasını məhv etməkdə, canlı qüvvəsini itkiyə uğratmaqda davam edir. Belə ki, Ukrayna Silahlı Qüvvələri üzərinə V işarəsi vurulmuş Rusiya hərbi texnikasını ələ keçirib. Yayıllan fotolarda Rusiyanın hərbi yük maşınının yanında ukraynalı hərbçilərin dayanması əks olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.