Siyasət

Kanada Ukraynaya tank əleyhinə silahlar göndərəcək

1 Mart 2022 08:44
0 Şərh     Baxış: 995

Kanada hakimiyyəti Ukraynanı tank əleyhinə silahlarla təmin etmək niyyətindədir.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Kanadanın baş naziri Castin Tryudo mətbuat konfransında deyib.

"Bu gün biz Ukraynanı tank əleyhinə silah sistemləri və modernləşdirilmiş döyüş sursatları ilə təchiz edəcəyimizi elan edirik", - o deyib.

Fevralın 27-də Kanada hakimiyyəti Ukraynaya 25 milyon Kanada dolları (19,6 milyon ABŞ dollar - Red) dəyərində silahlar tədarük etmək barədə qərar qəbul edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.