Siyasət

Dövlət Komitəsinin sədri İsveçdə səfərdədir

24 Fevral 2022 20:13
Baxış: 728

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar İsveç və Norveçdə keçirilən tədbirlərdə iştirak edəcək.

DİDK-dən Milli.Az-a bildirilib ki, Komitə rəhbərliyinin fevralın 25-də Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyi tərəfindən təşkil edilmiş anım mərasimi və sərgidə iştirakı nəzərdə tutulur. Sərgidə məşhur fotoqraf Mikael Silkebergin 2021-ci ildə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana gələrək, işğaldan azad olunmuş ərazilərdə lentə aldığı 30-dan artıq foto nümayiş etdiriləcək.

Səfər çərçivəsində İsveç rəsmiləri, burada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri və yəhudi icmasının rəhbəri ilə görüşlər də planlaşdırılır.

Fevralın 27-da isə Dövlət Komitəsinin sədri Norveçin paytaxtı Osloda Norveç Azərbaycanlı Gənclər Təşkilatının nəzdindəki Nizami Gəncəvi adına həftəsonu məktəbində olacaq, daha sonra Dövlət Komitəsinin dəstəyi ilə "CAN" təşkilatının keçirdiyi Xocalı soyqırımına həsr olunmuş sərgi və anım tədbirində iştirak edəcək. Səfər çərçivəsində müxtəlif rəsmi şəxslər və Azərbaycan icmasının nümayəndələri ilə görüşlər də nəzərdə tutulur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.