Siyasət

“Rusiya ilə Qərb arasında ikinci soyuq müharibə başlayıb” - “Eurasia Group”un rəhbəri

24 Fevral 2022 08:34
0 Şərh     Baxış: 725

Ukrayna ətrafında hadisələrin inkişafı Qərblə Rusiya arasında yeni soyuq müharibənin başladığından xəbər verir.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu amerikalı siyasət analitik, "Eurasia Group" beynəlxalq tədqiqat, konsaltinq şirkətinin təsisçisi və prezidenti İen Bremmer deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin həmvətənlərinə müraciətində səsləndirdiyi qərarlar Moskvanın Ukrayna ətrafında gərginliyin kəskin birtərəfli eskalasiyasını ifadə edir:

"Söhbət genişmiqyaslı birtərəfli eskalasiyadan gedir. Moskvanın addımlarına cavab olaraq ABŞ və Avropa güclü həmrəylik nümayiş etdirir. Rusiya ilə ikinci soyuq müharibə başladı".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.