Hərbi əməliyyatlar yenidən başlayacaq - Moskvadan İDDİALI AÇIQLAMA
"Azərbaycanla Ermənistan arasında müharibə bitməyib".
Bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, Ermənistan üçün müstəqillik qüruru anlayışı deyilən bir şey qalmayıb:
"Atəşkəsi müharibənin bitməsi kimi cəmiyyətə sıramaq cəhdi özünü hələ çox ifşa edəcək. Bugünkü təxribatların kökündə 9 noyabr Bəyanatı dayanır. O tərəflərin razılığı əsasında ərsəyə gəldiyindən, opponentlərimiz bundan sui-istifadə edir. İstər 27 senyabrda başlanan hərbi əməliyyat, istər sərhəddəki may və noyabr silahlı toqquşmaları sübut edir ki, Ermənistanla "ünsiyyətin" ən effektli metodu Dəmir Yumruqdur. Amma bu metod həm də riskdir.
Ermənistanın əsas məqsədi Azərbaycanı təcavüzdə ittiham edib, ən azından Azərbaycan-Ermənistan sərhədinə Rusiya qoşunlarının gəlməsinə nail olmaq və bununla da Azərbaycanın əl-qolunu bağlamaqdır. Başqa sözlə, Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmaq rəsmi İrəvanın sistemli siyasətidir.
Deməliyəm ki, Azərbaycan rəhbərliyi üçün də keçirilən üçtərəfli görüşlər xoş məramdan başqa bir şey deyil və onların həllediciliyi təkcə ekspert dairələrində şübhə yaratmır. Ermənistanın siyasəti itirəcək bir şeyi qalmayan uğursuzun hərəkətlərini xatırladır. Bu dövlət üçün müstəqillik qüruru anlayışı sanki buxarlanıb.
Əgər Soçi görüşü məhsuldar olubsa, bu özünü ilin sonuna qədər biruzə etdirməlidir. Məsələn, 16 noyabrda ələ keçirilən ermənilər qaytarılsa, ya da Ermənistanın daxilində Naxçıvana gedəcək dəmiryolu xətti ilə bağlı əyani işlər görülsə, deməli ki, rəsmi İrəvan sözdən əmələ keçməyə cəhd edir və o sarıdan Azərbaycan adekvat addımlar atır. Amma rəsmi İrəvanın son gedişatlarına, bəyanatlarına diqqət etsək, nəsə gözləməyə dəyməz. Hələlik əsəb müharibəsi davam edir və hərbi əməliyyatlar, sərhəd insidentlərin təkrarlanacağı qənaətindəyəm".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib (Foto)
-
Azərbaycan beynəlxalq informasiya gündəliyinin formalaşmasına töhfə verir - Kamaləddin Qafarov
-
Prezidentin Şuşadan verdiyi mesajlar Azərbaycanın strateji hədəflərini müəyyənləşdirir - Sevil Mikayılova
-
Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar - (Foto)
-
Prezident İlham Əliyevin Peter Pelleqrini ilə Şuşada görüşünü əks etdirən kadrlar dövlət başçısının sosial şəbəkə hesablarında paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar - (Video/Foto)
XƏBƏR LENTİ
-
İranın 180 deputatı ABŞ-la anlaşma memorandumunun ləğvini tələb edir
-
“Məni ağlatdığınız zaman başıma sığal çəkən adama qarşı açıqlama yayım?” - Xatirə Yüzbəyova
-
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə
-
Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib (Foto)
-
Beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşı ekstradisiya edilib
-
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlanırmış (Foto)
-
Ərdoğan Qətərə getdi
-
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
-
Ukrayna hökuməti istefaya göndərilib
-
Müğənni Sevda çimərlik geyimində fit bədənini nümayiş etdirdi - (Video)
-
Sakinlər: "Məhəlləmiz zibilxana olub" - İcra Hakimiyyətindən reaksiya
-
Danla Biliç xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
-
Cennifer Lopezin bu davranışı bəyənildi - (Video)
-
MİQ üzrə test imtahanlarının ilk gününün nəticələri açıqlandı
-
İyulun 15-də dəniz suyunun temperaturu 23-25 dərəcə olacaq
-
Azərbaycan beynəlxalq informasiya gündəliyinin formalaşmasına töhfə verir - Kamaləddin Qafarov
-
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - (Video)
-
Zeynəbin axtarışları hələ də davam edir - (Video)
-
Ağdərədə avtomobil aşdı, iki nəfər öldü
-
Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi - (Video)
-
Rusiya idmançılarına qarşı sanksiyalar ləğv edilir
-
Hüseyn Məhəmmədoğlu: "Oğlumun müğənni olmasını istəyirəm"
-
Prezident İlham Əliyev və Peter Pelleqrini bir-birinə xatirə hədiyyələri təqdim ediblər - (Video/Foto)





