Mobil telefon

Samsung Galaxy Grand 2 təqdim olundu

26 Noyabr 2013 21:51
0 Şərh     Baxış: 6 054
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Samsung şirkəti Galaxy Grand 2 adlı smartfon təqdim edib. O, ötən ilin sonunda təqdim edilmiş orta qiymət kateqoriyasına məxsus Galaxy Grand orijinal smartfonunun yenilənmiş versiyasıdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni smartfonun qiyməti haqqında heç bir məlumat yoxdur, lakin məlumdur ki, Samsung Galaxy Grand 2 smartfonu 5,25 düymlük HD ekran, 1.2 QHs takt tezlikli dördnüvəli prosessor və 1.5 QB əməli yaddaşla təchiz ediləcək. Aparatın daxili yaddaşı 8 QB olacaq.

Smartfon, həmçinin 8 və 1,9 meqapiksel təsvir ölçüsünə malik iki kamera, Wi-Fi, Bluetooth və GPS modulları və 2600 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Aparat Android 4.3 əməliyyat sistemi ilə işləyəcək. Samsung Galaxy Grand 2 smartfonunun yalnız ağ və qara deyil, həm də çəhrayı korpusa malik modelləri satışa çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.