Texnologiya

“ChatGPT” dünyanı fəth edir: “TikTok” və “Instagram”ı geridə qoydu – FOTO

14 Aprel 2025 06:33
Baxış: 550
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ChatGPT" 2025-ci ilin mart ayında dünyanın ən çox yüklənən mobil tətbiqi oldu və bu göstərici ilə "TikTok" və "Instagram"ı geridə qoydu.

Milli.Az xəbər verir ki, "Appfigures" analitiklərinin məlumatına görə, mart ayında "ChatGPT" 46 milyon dəfə yüklənib.

Ekspertlər bu sıçrayışlı artımı əsasən tətbiqə əlavə olunan yeni funksiyalarla əlaqələndirirlər.

Ən çox maraq doğuran yeniliklərdən biri yüksək keyfiyyətli şəkil generasiyasıdır. Bu funksiya istifadəçilərə məşhur "Studio Ghibli" üslubunda illüstrasiyalar, maraqlı memlər və vizual kontent yaratmağa imkan verir.

Mütəxəssislər qeyd edirlər ki, "ChatGPT" artıq süni intellektin sinoniminə çevrilib. Necə ki, 2000-ci illərdə "Google" internet axtarışının sinonimi idi, bu gün "ChatGPT" süni zəkanın adıdır. (Globalinfo.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.