Bəzi kimyəvi ətirlər təhlükə saçır.
Milli.Az xəbər verir ki, bunu R.T.U. MIREA-nın qeyri-üzvi kimya kafedrasının dosenti Andrey Doroxov söyləyib.
Ekspertin sözlərinə görə ftalatlar, xüsusilə dietilftalat (DEP) aromanın daha uzun müddət qalması üçün istifadə olunur, amma saxta məhsullarda miqdarı normadan artıq ola bilər və hormon sisteminə təsir göstərə bilər.
Qadağan olunmuş nitromuskuslar, yəni Musk Ketone və Musk Xylene isə insan toxumalarında toplanaraq toksik təsir göstərə bilər. Bu maddələr olan məhsullar qanunsuz hesab olunur.
Həssas dəri və allergiyası olan şəxslər Hydroxycitronellal, Cinnamyl Alcohol, Hexyl Cinnamal və Linalool tərkibli ətirlərdən uzaq durmalıdır.
Doroxov həmçinin son istifadə tarixi keçmiş və ya düzgün saxlanmayan ətirlərdən istifadə etməməyi tövsiyə edib.
İsmayıl
Milli.Az