Xırdalan sakinlərinin nəzərinə - Cədvəl AÇIQLANDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarları sərnişin tələbatını təmin etmək məqsədilə 15 sentyabr 2025-ci il tarixindən yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.
Milli.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron dairəvi marşrutu üzrə reyslərin sayı 92-dən 104-ə çatdırılacaq. Belə ki, Bakı-Xırdalan və Xırdalan-Bakı xətləri üzrə reyslərin sayı iş günləri 36-dan 40-a, Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə 56-dan 64-dək artırılacaq. Qeyri-iş günləri isə Bakı-Xırdalan və Xırdalan-Bakı xətləri üzrə reyslərin sayı 16-dan 22-yə çatdırılacaq, Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə 34 reys yerinə yetiriləcək.
Bu dəyişikliklər sərnişinlər üçün əlavə imkanlar yaradır. Belə ki, Xırdalan və Biləcəri sakinləri üçün Bakı-Xırdalan və Xırdalan-Bakı xətləri üzrə əlavə reyslərin təşkili sərnişinlərin bu istiqamətdə gündəlik gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda, Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə reyslərin artırılması sərnişinlər üçün daha çox rahatlıq və seçim imkanı yaradacaq.
Ümumilikdə bu dəyişikliklərin sərnişin daşımalarında 10%-lik artıma səbəb olacağı gözlənilir.
Qeyd edək ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı"nın icrası çərçivəsində Xırdalan şəhərinin M-1 Bakı−Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə Xırdalan-Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşasına başlanacaq. Bu səbəbdən ADY-nin Xırdalan-Sumqayıt-Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq, qatarlar Bakı-Biləcəri-Xırdalan-Bakı xətti ilə hərəkət edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Elnarə Xəlilova oğulları ilə - (Foto)
-
Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu
-
Lerikə güclü dolu yağdı - (Video)
-
İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - (Foto)
-
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - deputat açıqladı
-
Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı
XƏBƏR LENTİ
-
Elnarə Xəlilova oğulları ilə - (Foto)
-
İstanbulda xəstəxanada yanğın: Xəstələr təxliyə edilir - (Foto)
-
Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu
-
Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb
-
Timoşenko hörüklərini açdı - (Video)
-
Lerikə güclü dolu yağdı - (Video)
-
İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - (Foto)
-
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - deputat açıqladı
-
Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta – (Video)
-
Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı
-
"Çelsi" "Bornmut"u darmadağın etdi
-
Goranboyda qəza - xəsarət alanlar var
-
“Alim Qasımovu oğlumun məclisinə çağırdım gəlmədi“ - Hüseyn Məhəmmədoğlu
-
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil” - Azər Bağırov
-
8 Noyabr prospektində güclü yanğın baş verib - Yenilənib
-
Xoşqədəm Hidayətqızı “Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı
-
Azərbaycan cüdoçularından DÇ-də rekord
-
Kokauri gümüş medal qazandı
-
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
-
Azərbaycan Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib - Yenilənib
-
Lətifə bu kanalda aparıcılıq edəcək
-
Vəzifəsindən azad olunan polkovnik Nofəl Əsədova yüksək vəzifə verildi
-
İşdən çıxarıldığı deyilən direktorla bağlı rəsmi açıqlama
-
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - (Foto)





