Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab "Sənin nə borcuna? "
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti, mərhum sənətkar Səyavuş Aslanın oğlu Eldar Aslan bildirib ki, atası hər zaman teatrı kinodan üstün tutub, əsl aktyorun, sənətkarın yalnız səhnədə yetişdiyini düşünüb.
Milli.Az xəbər verir ki, o, həmçinin Rasim Balayev və Fəxrəddin Manafov kimi tanınmış aktyorların teatrda özlərini təsdiqləməkdə çətinlik çəkdiklərini də vurğulayıb:
"Mənim yadımdadır, Xalq artisti Rasim Balayev Akademik Milli Dram Teatrında işləməyə gəldi. O, yəqin düşünürdü ki, kinoda olduğu kimi teatrı da fəth edə bilər. Həsən Turabov meydanı ona vermişdi. Rasim müəllimin özündən də soruşa bilərsiniz, deyirdi ki, mənimki teatrda alınmadı. Kinoda 3-4 dubl var, amma teatrda çalışan aktyorun hafizəsi, yaddaşı da iti olmalıdır. Fəxrəddin Manafov da gəlmişdi, amma meydanı fəth edə bilmədi. Onlar nə atamın, nə də Həsən Turabovun reytinqinə düşə bildilər. Teatr artisti son mərhələdir. Onu əldə etmək üçün böyük güc lazımdır".
O, daha sonra əlavə edib:
"Yadımdadır, Rasim müəllimin yaddaşı zəif idi, sözlər yadında qalmırdı. Atamda hədəf yox idi ki, kinoya gəlsin, kinonu fəth etsin. Onun əsas məqsədi teatr idi. Çünki güc səhnədə idi. Atam teatr aktyoru kimi tanınıb sevinmişdi. O istəyirdi ki, tamaşaçılar onu teatr aktyoru kimi yadda saxlasınlar. Rasim müəllimi də kino aktyoru kimi yadda saxlayıb, sevdilər. Rasim Balayev mənim çox sevdiyim aktyor, ucu-bucağı olmayan bir şəxsiyyətdir. Mən "Nəsimi" filminin vurğunuyam. Onun şeirlərini səsləndirirəm. Mən sadəcə gözümün şahidi olduğunu deyirəm. Həmçinin də Fəxrəddin Manafov. Fəxrəddin Manafovun "Təhminə və Zaur"dan başqa bir rolu var? Bəzi filmlər oldu, amma yadda qalmadı. "Udar"ı Zaur rolu ilə vurdu və yadda qaldı. Bu, mənim subyektik fikrimdir. Ümid edirəm ki, fikirlərim birmənalı qarşılanmaz".
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Cebheinfo.az-a açıqlamasında bildirib ki, teatrı fəth etmək kimi bir arzusu olmayıb:
"Qoy desin, hansı teatr? Teatr var? Mənə heç bir şərait yaradılmayıb. Məni iki tamaşaya dəvət ediblər. Həsən Turabovun mənə şərait yaratması və s. hamısı yalandır. Elə bir şey olmayıb. Sadəcə mənə dedilər ki, "İblis" obrazını oynayım. Bir də müəllimim Mehdi Məmmədov o tamaşanı qoymuşdu, 2000-ci ildə isə "Aydın"da Dövlət bəyi oynadım. Vəssalam. Yəni mənim teatrda işləmək həvəsim də olmayıb, çünki həmin vaxt mən çox yerlərdə kinoya çəkilirdim. Mənim teatrı fəth etmək kimi bir istəyim də olmayıb, arzum da".
Xalq artisti qeyd edib ki, yalnız teatrşünas və sənətdən anlayan şəxslərin fikirləri onun üçün əhəmiyyətlidir:
"Qoy desinlər. Mən bilmirəm ki, o kimdir. Əgər bu fikirləri bir teatrşünas, teatrdan başı çıxan adam desəydi, məni maraqlandırardı. Baxırsan ki, sənin nə borcuna? Sən tamam başqa bir sahənin adamısan. Sənə dəxli olmayan məsələ haqqında niyə danışırsan? Onlardan çoxdur və mən də onların heç birinə cavab vermirəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





