Hadisə

Qızılağac Milli Parkında yanğın - VİDEO

13 Sentyabr 2025 10:33
Baxış: 279
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qızılağac Milli Parkının Masallı rayonu, Qızılağac kəndinə yaxın ərazisində yanğın baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istqamətində tədbirlər davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.