Cəmiyyət

"Semaşko"nun arxasındakı metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı

13 Sentyabr 2025 10:40
Baxış: 588
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı metrosunda Bənövşəyi xəttin "B-4" stansiyasının tikinti işləri davam etdirilir.

Milli.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.

"Stansiyanın 2026-cı ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub", - deyə o əlavə edib.

Qeyd edək ki, Bənövşəyi xətt üzrə B4−B8 stansiyalarının tikintisi Keşlə qəsəbəsinə qədər metro ilə getməyin mümkün olacağı deməkdir. B-4 stansiyası - Bakı metrosunun Bənövşəyi xəttinin hal-hazırda tikintisi davam etməkdə olan 5-ci stansiyasıdır.  Metrostansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yaxınlığında yerləşir. (marja)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.