İdman

“Bu sual veriləndə özümü ucuzlaşmıs hiss edirəm” - Rəşad Sadıqov

12 Sentyabr 2025 23:56
Baxış: 295
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 4-cü turunda "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil edilən mətbuat konfransına qatılıb.

Milli.Az xəbər verir ki, o, mətbuat konfransında millinin baş məşqçiliyinə namizədliyinin irəli sürülməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib.

"Milliyə baş məşqçi seçimi olanda hər dəfə 2-3 nəfər var ki, onlara bu sual ünvanlanır. Hər dəfə ehtimal yarananda, bu sual veriləndə şəxsən mən özümü ucuzlaşmıs hiss edirəm. Hər dəfə açıqlama, şərh vermək olmur. Daha əvvəl də açıqlama verəndə bildirmişdim ki, bu barədə bir dəfə danışacam və bir daha bu mövzuya qayıtmayacağam. Sizdən də çox xahiş edirəm ki, bu haqda sual verməyin" - Rəşad Sadıqov qeyd edib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.