Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir.
Milli.Az xəbər verir ki, ilk oyun gününün ikinci qarşılaşması "Qarabağ"la "Zirə" arasında keçirilib.
Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Daha öncə keçirilmiş "Kəpəz" - "Araz-Naxçıvan" matçında qonaqlar inamlı qələbəyə seviniblər - 2:0.
"İmişli" - "Sumqayıt" və "Turan Tovuz" - "Qəbələ" oyunları sabah, "Şamaxı" - "Karvan-Yevlax" və "Neftçi" - "Sabah" görüşləri bazar günü keçiriləcək.
Azərbaycan Premyer Liqası
4-cü tur
12 sentyabr
"Qarabağ" - "Zirə" 1:1
Qollar: Kadi Borges, 81 - Ruan Renato, 39-pen.
Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov.
"Azərsun Arena", 20:00.
Milli.Az