“Putinə qarşı səbrim tükənir, çox sərt şəkildə hərəkət edə bilərik”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Donald Tramp, Kremlin Rusiya-Ukrayna sülh danışıqlarına "ara verildiyini" açıqlamasından sonra sərt bəyanatla çıxış edib. Tramp Rusiya Prezidenti Vladimir Putinə qarşı səbrinin "sürətlə tükəndiyini" bildirib və Moskvanın kompromis göstərməyəcəyi təqdirdə Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq edilə biləcəyini vurğulayıb.
Milli.Az xəbər verir ki, Fox News-ə müsahibəsində Tramp, Putinin münaqişəni sona çatdırmaqdan imtinasının səbrini sınağa çəkib-çəkmədiyi ilə bağlı suala belə cavab verib:
"Putinə qarşı səbrim tükənmək üzrədir və sürətlə tükənir. Amma unutmayaq ki, tango etmək üçün iki nəfər lazımdır."
Tramp Moskvanın kompromis göstərmədiyi halda sərt sanksiyaların gündəmə gələ biləcəyini bildirib. O, Rusiyanın Ukrayna ilə sülh danışıqlarında konstruktiv mövqe nümayiş etdirməsini istədiyini vurğulayıb.
Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş məsələsində ortaq qərar alınmadığını qeyd edib:
"İnanılmazdır. Putin görüşmək istəyəndə Zelenski istəmədi. Zelenski istəyəndə Putin razı olmadı. İndi isə Zelenski istəyir, amma Putin tərəfi sual altındadır."
Kremlin sözçüsü Dmitri Peskov, Trampın üç ildən artıq müddətdə davam edən münaqişəni bitirmək cəhdlərinin nəticəsiz qalması fonunda Rusiya ilə Ukrayna arasında aparılan danışıqlara "ara verildiyini" açıqlayıb.
Peskov jurnalistlərə verdiyi açıqlamada deyib:
"Müzakirə heyətimiz müxtəlif kanallar vasitəsilə əlaqə saxlaya bilir. Lakin indiki mərhələdə prosesə ara verildiyini demək daha düzgün olar. Gözümüzü yumub Ukrayna danışıqlarından ildırım sürəti ilə nəticə gözləmək sadəlövhlük olardı."
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
-
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
-
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
-
Göygöldə ağır qəza - Yaralananlar var
-
Tramp Zelenskini G20 sammitinə dəvət edəcək
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
-
Ev açarlarını bu 3 yerə qoymayın
-
Çayın acılığını və bulanıqlığını yox edir: Dəmliyə 2 ədəd atmaq kifayətdir
-
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
-
Günün qoroskopu: Tərəfdaşlıq və ya müqavilə imzalaya bilərsiniz
-
Cəmil Kamilliyə və Elşad Məmmədliyə vaxtından əvvəl xüsusi rütbə verildi - (Foto)
-
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)





