"Giorgio Armani" brendi kimə miras qaldı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Giorgio Armani" moda imperiyası stilistin təxminən 10 il əvvəl yaratdığı eyniadlı fonda keçir. Fondu son illərdə Corcio Aramaninin ən yaxın köməkçisi olan dostu və ortağı Pantaleo dell Orko, qardaşının qızı və bacısının oğlu idarə edəcəklər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dərc edilmiş vəsiyyətnamələrdən belə çıxır ki, şirkətdə səsvermə hüququnun 40%-i dell Orkoya, 30%-i fonda və 15%-i mərhum qardaşı Sercionun qızlarından birinə və 15%-i bacısı Rozannanın oğluna aiddir. Bacısı və qardaşının ikinci qızı səsvermə hüququ olmayan səhmdar kimi qalacaqlar. Qardaşının qızı və bacısının oğlu ikisi də əvvəldən də şirkətdə işləyiblər.
Daha əvvəl məlum olmuşdu ki, sentyabrın 4-də 91 yaşında vəfat edən Armani ölümündən bir müddət əvvəl iki vəsiyyətnamə qoyub - biri martın 15-də, digəri isə aprelin 5-də tərtib olunub. Sənədlərin olduğu zərflər dəfn mərasiminin ertəsi - sentyabrın 9-da açılıb.
Müxtəlif qiymət seqmentlərinə aid bir neçə dəbli geyim, həmçinin ev dekorasiyası, ətriyyat və eynəklərin dizayner xətlərini - dünya üzrə cəmi 27 şirkət və 2700 mağazanı özündə birləşdirən "Armani" qrupunun ümumi dəyəri müxtəlif mənbələrə görə 13 milyard avrodan çox qiymətləndirilir. 2024-cü ildə qrupun gəliri 2.3 milyard avroya çatıb. Qeyd edək ki, 50 il əvvəl moda evini quran "Armani" eyniadlı şirkətin yeganə səhmdarı ("Armani" xarici investorlara satılmayan azsaylı italyan brendlərindən biridir), həmçinin kreativ direktor və idarə heyətinin sədri olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
XƏBƏR LENTİ
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..."
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
Evinizdə belə əsginas varsa, diqqətli olun - Qiyməti 1 000 manatı keçir - (Foto)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
-
Üç bürc üçün çox xoşbəxt dövr başlayır
-
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)





