Ölkə

Bu universitetdə bəzi ixtisaslarda dərslər 4 gün olacaq - RƏSMİ

12 Sentyabr 2025 16:26
Baxış: 608
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı Dövlət Universitetində (BDU) bakalavriat təhsil səviyyəsi üzrə həftəlik dərs yükü azaldılaraq 4 günə endirilib.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər.

Bildirilib ki, Bakı Dövlət Universitetinin "Jurnalistika" və digər bəzi ixtisaslarında dərslər 4 gün keçiriləcək:

"Ali təhsil müəssisələrində bakalavriat təhsil səviyyəsi üzrə mövcud qaydalara uyğun olaraq, həftəlik dərs yükü 20/22 saat müəyyən edilib. Bakı Dövlət Universitetində dərs cədvəllərinin 4 və ya 5 iş gününə tərtib edilməsi qaydalara uyğundur. "Jurnalistika"  ixtisası ilə eyni zamanda bəzi ixtisaslarda da 2025/26-cı tədris ilinin payız semestrində dərslər həftədə 4 iş gününə keçirilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.