Ölkə

Bu yolda hərəkət məhdudlaşdırılır

12 Sentyabr 2025 16:41
Baxış: 290
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı şəhər Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, məhdudlaşdırılma 13 sentyabr saat 08:00-dan 14 sentyabr 22:00-dək qüvvədə olacaq.

Qeyd olunub ki, buna səbəb sözügedən yol sahəsində təmir işlərinin aparılmasıdır.

Sürücülərdən hərəkətlərini öncədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.