Xanımla VİDEOsu yayılan təşkilat rəhbəri israrlıdır - Heç olmasa pul cəzası
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yeniləşən Dövlətə Dəstək" İctimai Birliyinin sabiq sədri məhkəməyə müraciət edərək şərəf və ləyaqətinin alçaldıldığını, təhqir edildiyini bildirib. Onun ilkin şikayəti təmin edilməsə də, sabiq sədr israrlıdır.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, 2022-2023-cü ildə təşkilatın sədri olmuş İlham Abbasov xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.
İlham Abbasov təşkilatın üzvü olan Asim Əliyevi məhkəməyə verib. İlham Abbasov şikayətində bildirib ki, Asim Əliyev onun barəsində sosial şəbəkələrdə şər, böhtan xarakterli məlumatlar yayaraq şəxsiyyətini alçaldıb, ictimaiyyət arasında nüfuzdan salıb.
Şikayətçi İlham Abbasov deyib ki, sədr olduğu zaman təşkilat üzvləri ilə rayonlardan birində tədbirdə olublar. Tədbirdən sonra tanışlarının evində gecələyiblər. Həmin gün içki də içiblər.
İlham Abbasovun dediyinə görə, həmin gecə məclisdə olan xanımlardan biri qaçaraq onu qucaqlayıb:
"Həmin xanım mənə dedi ki, Asim Əliyev ona qarşı əxlaqsız hərəkət etmək istəyib. Onu qorumağımı istədi. Bunu fürsət bilən Asim Əliyev foto və video çəkərək sonradan mənim əleyhimə yaymağa başladı".
Həmçinin məhkəməyə təqdim olunmuş materiallarda Asim Əliyevin çıxışlarında Abbasov barəsində "bu, reketdir, lotudur", "utanıb ölmürlər", "qudurmusuz" ifadələrini işlədib.
Təqsirləndirilən şəxs kimi ifadə verən Asim Əliyev bildirib ki, yayılan video və fotolarla onun heç bir əlaqəsi yoxdur. İddiasına görə, həmin məlumatları o yaymayıb.
Asim Əliyev söyləyib ki, İlham Abbasov təşkilatın sədri olan zaman onun barəsində tənqidi fikirlər bildirib, qanunsuz fəaliyyətini ifşa edib.
Məhkəmə belə qənaətə gəlib ki, Asim Əliyevin İlham Abbasov barəsində dediyi fikirlərdə təhqir və böhtan var. Buna görə də onun məsuliyyətə cəlb edlməsi mümkündür.
Hökmə əsasən, Asim Əliyev təhqir və böhtan atmaqda təqsirli bilinib. Lakin cəlb etmə müddəti keçdiyi üçün onun barəsində cəza təyin edilməyib.
İlham Abbasov Asim Əliyevin cəzasız qalmasını qəbul etməyib. Apellyasiya şikayəti verərək Asim Əliyevin ən azı pul cəzasına məhkum edilməsini istəyib. İlham Abbasovun bu şikayəti də rədd edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Natiq Nağıyev vəzifəsindən azad edildi
-
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu - Yenilənib
-
Xətai və Suraxanıda qaz kəsiləcək
-
“Bakı – azadlıq vahəsi”: “Bloody Mary” – təxəyyülün, qroteskin və canlı emosiyaların teatrı - (Foto)
-
Metronun ən çox istifadə olunan stansiyası açıqlandı
-
“Muzeydə mühazirə” layihəsi çərçivəsində “Çağdaş sənətnədir? Müasir rəssam kimdir?” mövzusunda mühazirə keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Natiq Nağıyev vəzifəsindən azad edildi
-
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu - Yenilənib
-
Xətai və Suraxanıda qaz kəsiləcək
-
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
-
“Bakı – azadlıq vahəsi”: “Bloody Mary” – təxəyyülün, qroteskin və canlı emosiyaların teatrı - (Foto)
-
Metronun ən çox istifadə olunan stansiyası açıqlandı
-
“Muzeydə mühazirə” layihəsi çərçivəsində “Çağdaş sənətnədir? Müasir rəssam kimdir?” mövzusunda mühazirə keçirilib - (Foto)
-
"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"
-
Bakı–Qazax yolunda məhdudiyyət olacaq: İki marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir
-
Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş - Yenilənib
-
“AVAZ-7” Televiziya Muğam Müsabiqəsinin növbəti buraxılışı şəhid gizir Səbuhi Əhmədovun əziz xatirəsinə həsr olunub - (Foto)
-
Avtomatla atəş açan hərbçinin məhkəməsi başa çatdı
-
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
-
Azərbaycanda bu körpü tam bağlanır
-
Asiyada ikinci NATO yaratmaq istəyirlər
-
Məkkə istiqamətində PUA təhlükəsi - Səudiyyə Ərəbistanından açıqlama
-
Tanınmış oftalmoloq-cərrah yeni şöbəyə rəhbərlik edəcək
-
DTX-dən əməliyyat: Xaricdən idarə olunan qruplaşmanın təşkilatçısı həbs edildi - (Foto)
-
“Arka Sokaklar” yayımlanacaq? - "Mesut komiser" açıqladı - (Video)
-
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
-
TikTok-da tanış olduğu qadını gecələməyə razı sala bilməyib döydü
-
Qarabağ müharibəsində qələbəni dron deyil, milli güc vəstrateji liderlik qazandı: ABŞ-ın tanınmış generalları kitab yazdı
-
“Muhteşem yüzyıl"ın Mustafası italyan xanımı ilə - (Video)
-
Aeroportlarda VİP otaqlara giriş qaydası dəyişdi





