Hadisə

Bakıda taksi sürücüsü gedişhaqqına görə sərnişini döydü

12 Sentyabr 2025 17:11
Baxış: 387
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda taksi sürücüsü gedişhaqqına görə sərnişini döyüb.

Milli.Az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

24 yaşlı Fərdi Hümbətovun (ad və soyad şərtidir) taksi kimi idarə etdiyi "Toyota" markalı avtomobilə əyləşən sərnişin gedişhaqqını tam ödəməyib. Buna görə də tərəflər arasında mübahisə yaranıb. Bu zaman sərnişin sürücünü söyüb. Bundan hiddətlənə Fərid sərnişinə yumruq və təpiklə zərbələr vurub. Nəticədə zərərçəkənin çənəsi əzilərək, şişib.

Bu hərəkətinə görə, Fərid Hümbətov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi açılıb. İstintaq zamanı zərərçəkən Fəridi bağışladığını və ona dəymiş ziyanın ödənildiyini bildirərək, cinayət işinə xitam verilməsini xahiş edib.

Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə Fərid Hümbətov barəsində açılan cinayət işinə xitam verilib.(Lent.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.