Ölkə

Məcburi köçkünləri təhqir etdiyi üçün işindən azad edildiyi deyilən aparıcıdan Açıqlama - YENİLƏNİB

12 Sentyabr 2025 00:58
Baxış: 494
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Məsələni dəqiqləşdirmək üçün Oxu.Az-ın əməkdaşı Səidə Bəkirqızı ilə əlaqə saxlayıb.

Jurnalist qeyd etdi ki, yazılanlar yalandır. Onu heç kəs işdən azad etməyib, TV-dən öz ərizəsi ilə ayrılıb:

"Avqustun 4-də məzuniyyətdən qayıtdıqdan sonra ərizə yazaraq sentyabrın 1-dən kanaldan ayrıldım. Daha yaxşı təklif aldığım üçün bu addımı atdım. Rəhbərlik getməyimi istəmirdi, lakin biz jurnalistlər harada yaxşı maaş təklifi varsa, ora üz tuturuq", - deyə S.Bəkirqızı bildirib.

Jurnalist həmçinin vurğulayıb ki, onun işdən ayrılması ilə bağlı "məcburi köçkünlərlə əlaqəli məsələ" əsassız olaraq şişirdilib:

"Sadəcə üst-üstə düşdü. Məlumat üçün qeyd edim ki, sentyabrın 8-dən etibarən hər gün səhər saat 8-də Space TV-də yayımlanan "Xəbərin izində" proqramını aparıram".

---------

Məcburi köçkünləri təhqir edən jurnalist cəzalandırlıb.

Yenisabah.az-a etibarlı mənbədən daxil olan məlumata görə, jurnalist Səidə Bəkirqızı Mediatürk TV-nin baş redaktoru vəzifəsindən azad edilib. 

Jurnalistin son günlər məcburi köçkünlərlə bağlı işlətdiyi təhqiramiz ifadələri onun işini itirməsinə səbəb olub. 

Qeyd edək ki, Səidə Bəkirqızının məcburi köçkünlərlə bağlı çıxışları ictimaiyyətdə birmənalı qarşılanmayıb və ciddi tənqid edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.