Texnologiya

"iPhone" istifadəçiləri üçün çoxdan gözlənilən YENİLİK

11 May 2025 12:24
Baxış: 540
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sony" şirkəti "PlayStation Store"da ödəniş imkanlarını genişləndirərək "PlayStation 5" istifadəçiləri üçün "Apple Pay" ödəniş xidmətini dəstəkləməyə başladı.

Milli.Az  xəbər verir ki, bu barədə "9to5Mac" portalı məlumat yayıb.

Qeyd edilir ki, əvvəllər "Apple Pay" vasitəsilə ödəniş yalnız brauzerdə və "Sony"nin "Apple" qurğularındakı mobil tətbiqində mümkün idi.

İndi isə ödəniş sistemi birbaşa "PS Store"a inteqrasiya edilib.

"Apple Pay" şirkətin keçən ilin yayında iOS 18-də təqdim etdiyi QR-kod mexanizmindən istifadə edir. Bu funksiya yalnız "PlayStation Store"da deyil, "Google Chrome" daxil olmaqla, üçüncü tərəf brauzerlərdə də əməliyyatların aparılmasına imkan verir.

Hazırda "Apple Pay" sistemi yalnız "PlayStation 5"də inteqrasiya edilib. Gələcəkdə bu cür ödənişin "PlayStation 4"də də tətbiq edilməsi istisna edilmir. /Oxu.Az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.