Kulinariya

Vanilli, portağallı qara üzüm mürəbbəsi - RESEPT

18 Oktyabr 2017 07:00
2 Şərh     Baxış: 4 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üzüm yeməyi çoxumuz sevirik. Xüsusən də qara üzümün orqanizmə nə qədər faydalı olduğunu bilirik. Bəs onun mürəbbəsini də sevirsinizmi? Milli.Az ailem.az-a istinadən qara üzüm mürəbbəsinin hazırlanma qaydasını təqdim edir. Hazırlanma prosesi asandır və çox vaxt aparmır, üstəlik dadı da xoşunuza gələcək.

Hazırlanma vaxtı: 15-20 dəqiqə

Bişirmə vaxtı: 25 dəqiqə
 
Lazım olanlar:
 
• 1 kq qara üzüm (saplağından təmizlənmiş xalis çəki olmalıdır)
• 500 qram şəkər tozu
• 1 portağalın suyu
• 1 stəkan su 200 ml
• 1 çay qaşığı limon tuzu
• 2 ədəd vanil
 
Hazırlanması:
 
İlk növbədə üzümü ləyəndə suyun içində 15 dəqiqə saxlayın ki, üstündə torpaq qalmasın. Sonra təmiz yuyub süzün. Üzüm, şəkər tozu, portağal suyu və suyu dərin bir qazana əlavə edin. Su salıb şirəyə düşənə qədər vam odda, daha sonra orta odda bişirin. Qaynara düşəndən sonra 20-25 dəqiqə bişirin. Sonda limon duzu və vanil əlavə edib, 3-4 dəqiqə də bişirin.
Bir qaşıq mürəbbə götürüb boşqaba qoyun və soyuması üçün 15 dəqiqə soyuducuda saxlayın. Soyuyandan sonra bal kimi qatı olubsa, deməli, hazırdır. Əgər çox suludursa, 3-4 dəqiqə də bişirin.
 
Mürəbbə tam soyuyandan sonra ağzı bağlı şüşə qablarda sərin yerdə saxlayın.
 
Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.