Kulinariya

Bibər içlikli badımcan kotleti - FOTO

25 Avqust 2015 07:00
20 Şərh     Baxış: 5 605
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Milli.Az kəkotulu-bibərli badımcan kotletlərinin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 bolqar bibəri
2 orta boy badımcan 
1 diş sarımsaq 
1 balaca çili
1 x.q. zeytun yağı
1 ç.q. kəkotu
1 yumurta
duz
istiot
4-5 x.q. narın suxarı
bitki yağı (qızartmaq üçün)
narın suxarı (kotletləri batırmaq üçün)

Bibər və badımcanları 220 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Sonra paketə qoyub 10 dəqiqə saxlayın. Bu müddətdən sonra qabığını təmizləyin. 

Sarımsaq və çilini xırdalayın, bibəri də kubik doğrayıb birlikdə qarışdırın, duz, istiot, zeytun yağı və kəkotu əlavə edin. 

Badımcanı blenderdə xırdalayın, 1 yumurta, 4-5 x.q. narın suxarı əlavə edin, duz, istiot vurub yaxşıca qarışdırın. 

Badımcanlı kütləni 8-10 yerə bölün. Hər birini ovcunuzda yastılayıb ortasına bibərli içlik qoyub kotlet tutun. 

Kotletləri suxarıya batırıb qızdırılmış yağda hər üzünü 3-4 dəqiqə qızardın. 

Süfrəyə salat və xama ilə verə bilərsiniz.

Nuş olsun! 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.