İdman

"Liverpul" "Real Madrid"in tarixinə düşdü

5 Noyabr 2025 19:25
Baxış: 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Liverpul" komandası avrokuboklarda "Real Madrid"ə qarşı ən çox qalibiyyət qazanan komanda kimi tarixə düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Liverpul" "Real Madrid" üzərində beş dəfə qələbə qazanmaqla bu nailiyyətə yiyələnib.

Həmçinin ingilislər bu qələbə seriyasında qapılarını toxunulmaz saxlaya biliblər.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda baş tutan qarşılaşmada "qırmızılar" öz meydanlarında "Real Madrid" üzərində 1:0 hesabı ilə qələbə qazanıblar. Qarşılaşmada yeganə qolu "Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister vurub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.