ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirir.
Milli.Az xəbər verir ki, "USS George H. W. Bush" aviadaşıyıcısı regiona göndərilir və bununla da bölgədə eyni vaxtda üç ABŞ aviadaşıyıcısından ibarət qruplaşma formalaşacaq.
Gəmi Virciniya ştatındakı Norfolk hərbi-dəniz bazasından yola düşüb və Ərəb dənizində fəaliyyət göstərən "USS Abraham Lincoln" zərbə qrupu ilə birləşəcək.
Eyni zamanda "USS Gerald R. Ford" aviadaşıyıcısı da bölgə ilə bağlı əməliyyat planlarında yer alır.
Milli.Az





