Ölkə

Bu ərazilərdə qaz olmayacaq

5 Noyabr 2025 20:26
Baxış: 470
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması və "8-ci Mədən" QTM-in daxilində aparılacaq təmir işləri ilə əlaqədar 06.11.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Xətai rayonunun H.Salmani küçəsinin, Səbail rayonunun isə Neftçilər prospektinin, Bayıl və Badamdar qəsəbələrinin, 20-ci Sahə yaşayış massivinin, Z.Əliyeva, İstiqlaliyyət, R.Rza küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.