Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsində yerləşən, fiziki şəxs Haşimov Samir Ağabala oğluna məxsus "Kababxana" ictimai iaşə müəssisəsində yoxlama keçirib.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Milli.Az-a bildirilib ki, baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, döşəmə və divar səthlərinin təmirsiz olduğu, soyuducu rəflərinin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
Milli.Az





