Ən ləzzətli kotlet hansı qiymədən olur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaxşı bir kotletin sirri mətbəxdən deyil, qəssab dükanından başlayır. Düzgün qiymə seçilmədikdə, ən mükəmməl resept belə istənilən nəticəni verməyə bilər.
Milli.Az xəbər verir ki, usta aşpazların ən böyük sirri yalnız dana əti istifadə etmək deyil, onu quzu əti ilə balanslaşdırmaqdır.
İdeal formul - 70-80% dana döş nahiyəsi, 20-30% quzu boşluğu.
Dana döşü kotletə əsas teksturanı verir, quzu boşluğu isə tərkibindəki yumşaq yağlar sayəsində kotletin qurumasının qarşısını alır və ona xüsusi ətir qatır. Quzu əti sevməyənlər belə bu nisbətdə qoxu hiss etmir, sadəcə yumşaqlığı fərq edirlər.
Kotletlik qiymə nə hədsiz yağsız (bifşteks kimi), nə də həddindən artıq yağlı olmalıdır.
Təxminən 20-25% orta yağlı quruluş ləzzətin açarıdır. Ətin öz yağı bişərkən əriyərək kotleti nəmli saxlayır.
Qiyməni qəssabda iki dəfə çəkdirmək məsləhətdir. Bir dəfə çəkilmiş ətdə hissəciklər daha iri qalır, iki dəfə çəkilmiş (qoşaçəkim) qiymə isə daha hamar bir tekstura yaradaraq professional nəticə verir.
Dana ətinin hər hissəsi kotletə yaramır. Məsələn, bud və ya antrikot çox yağsız olduğu üçün kotleti bərkidir.
Dana döşü həm əzələ quruluşu, həm də yağ liflərinin paylanması baxımından ən ideal hissədir. Bu ət yoğrulma zamanı ədviyyatlarla və çörək içi ilə ən yaxşı uyğunlaşan elastikliyə malikdir. Döş ətindən hazırlanan kotletər bişdikdən sonra həcmini itirmir və dolğun qalır.
Doğru ət seçildikdən sonra ləzzəti zirvəyə daşıyan son addım qiyməni yoğurduqdan sonra mütləq soyuducuda dincəltməkdir.
Bu müddət ərzində yağlar və proteinlər ədviyyatlarla qaynaşır, kotlet öz həqiqi dadını qazanır. Soyuq qiymə ilə işləmək yoğurma zamanı əl istiliyinin ətin yağını əritməsinin qarşısını alır, beləliklə yağ bişmə mərhələsində ətin daxilində qalır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İtalyanların qurumayan pizza xəmiri resepti: Yalnız bir qaşıq əlavə edirlər
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
XƏBƏR LENTİ
-
Ukraynada həlak olan azərbaycanlı dəfn edildi
-
Qırğızıstan ilk dəfə öz milli peykini kosmosa göndərdi
-
Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır - Hikmət Hacıyev
-
Bakıda keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisinin üçüncü günü başlayıb
-
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi - (Video)
-
Andlı-qanlı qardaşlar və çağırılmamış qonaq: husilər Körfəzi barışdırdı, İsraili süfrəyə gətirdi
-
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edir - (Foto)
-
Zidan həmin hadisədən danışdı: "Peşman da deyiləm"
-
Bakıda CAMCA Regional Forumunun ikinci günü keçirilir - (Foto)
-
Vəfa Şərifova görünüşünü dəyişdirdi - (Video)
-
Azərbaycanda hava kəskin dəyişir: FHN-dən xəbərdarlıq
-
Acunun “Hall Siti"sinin futbolçusunun maşını aşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Bakının iki rayonunda qaz kəsiləcək
-
Döymə etdirən hər kəsdə müşahidə olunur: Alimlərdən xəbərdarlıq
-
Uzatma kabelləri tarixə qovuşur
-
Zəfər xronikası. 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Fəhlələr divarı sökərkən arxasından 500 illik ayaqqabılar çıxdı
-
İtalyanların qurumayan pizza xəmiri resepti: Yalnız bir qaşıq əlavə edirlər
-
Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar
-
Saç tökülməsinə qarşı evdə hazırlanan təbii tonik
-
Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı - Siyahı
-
Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur
-
Millətlər Liqası: Almaniya Serbiyaya, Portuqaliya Danimarkaya qalib gəlib





