Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır - Hikmət Hacıyev
Azərbaycanla Ermənistan arasında sülhü yalnız kağız üzərində təsbit etmək deyil, həm də onun praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu cümə günü Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 regional forumunun ikinci günündə çıxışı zamanı deyib.
"Biz həmişə deyirdik ki, müharibədə qalib gəlmişik, lakin daha bir işi görmək - sülhdə də qalib gəlmək vacib idi. Bu, həqiqətən də çətin vəzifədir", - deyə H.Hacıyev bildirib.
O qeyd edib ki, Azərbaycan bu gün faktiki olaraq sülh şəraitində yaşayır, lakin sülh prosesi yalnız kağız üzərində qalmamalıdır.
"Biz faktiki olaraq yerdə sülh şəraitindəyik, lakin sülh kağız üzərində qalmamalıdır", - Prezidentin köməkçisi vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Ermənistan və Azərbaycan xalqları üçün uzunmüddətli sülh və sabitliyi təmin edəcək, sülhə əsaslanan regional arxitektura formalaşdırmağa çalışır.
H.Hacıyev həmçinin qeyd edib ki, Azərbaycan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların dəyişdirilməsini gözləyir.
"Bundan sonra, düşünürəm ki, yekun sülh sazişinin imzalanması reallığa çevriləcək", - deyə o bildirib.
Bununla yanaşı, Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan yalnız Ermənistanın Baş naziri Nikol Paşinyanın hökuməti ilə deyil, həm də erməni xalqı ilə sülh bağlamaq istəyir.
"Biz bu sülhü erməni xalqı ilə bağlamaq istərdik", - deyə H.Hacıyev bildirib.
O əlavə edib ki, Azərbaycanla Ermənistan arasında artıq ticarət və biznes əlaqələri inkişaf edir, həmçinin bir neçə il əvvəl mümkünsüz görünən etimadın möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi
-
Prezident İlham Əliyev: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi
-
Prezident İlham Əliyev: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
-
Prezident İlham Əliyev: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir
-
Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib - (Foto)
XƏBƏR LENTİ
-
Aparıcı Çiçəyin dekolteli geyimi diqqət çəkdi - (Video)
-
Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi
-
Prezident İlham Əliyev: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın
-
Azərbaycan ABŞ-nin regionda daha fəal iştirakını gözləyir - Prezidentin köməkçisi
-
Nicat Azadlı ilə bağlı yayılan videoya özü cavab verdi: “Şantaja məruz qalmışam”
-
Prezident İlham Əliyev: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi
-
Deputat idi, indi "Qocalar evi"ndə qalır - (Video)
-
Prezident İlham Əliyev: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
-
Prezident İlham Əliyev: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir
-
Azərbaycanda sulu qar yağdı - Faktiki hava
-
“Abi” ləqəbli Elmin Mehdiyev məşhur türk aparıcının qonağı oldu - (Video)
-
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
-
Türkiyədə mədən qəzasında ölənlərin sayı 5-ə çatdı
-
Ukraynada həlak olan azərbaycanlı dəfn edildi
-
Qırğızıstan ilk dəfə öz milli peykini kosmosa göndərdi
-
Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır - Hikmət Hacıyev
-
Bakıda keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisinin üçüncü günü başlayıb
-
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi - (Video)
-
Andlı-qanlı qardaşlar və çağırılmamış qonaq: husilər Körfəzi barışdırdı, İsraili süfrəyə gətirdi
-
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib - (Foto)
-
Zidan həmin hadisədən danışdı: "Peşman da deyiləm"
-
Bakıda CAMCA Regional Forumunun ikinci günü keçirilir - (Foto)
-
Vəfa Şərifova görünüşünü dəyişdirdi - (Video)
-
Azərbaycanda hava kəskin dəyişir: FHN-dən xəbərdarlıq





