İdman

Acunun “Hall Siti"sinin futbolçusunun maşını aşdı

2 Oktyabr 2026 09:15
Baxış: 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İngiltərənin "Hall Siti" klubunda çıxış edən Lüka Qurna-Duat məşqə yollanarkən yol qəzası keçirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə klubun məşq bazasının yaxınlığında baş verib. Futbolçunun idarə etdiyi avtomobil qəza nəticəsində aşıb.

"Hall Siti" hadisə ilə bağlı açıqlama yayaraq qəza barədə məlumatlı olduğunu bildirib. Klubdan verilən məlumata görə, insident zamanı heç bir şəxs xəsarət almayıb.

Qeyd edək ki, sentyabrın 11-də "Hall Siti"nin digər futbolçusu Sorba Tomas da eyni ərazidə avtomobil qəzasına düşüb. Həmin hadisənin səbəbi açıqlanmayıb.

Bundan sonra Şərqi Raydinq Yorkşir qraflığının Şura üzvü Fil Redşou klub rəhbərliyinə müraciət edərək futbolçulara məşq bazasının ətrafındakı yaşayış küçələrində daha ehtiyatlı avtomobil idarə etmələri barədə xəbərdarlıq edilməsini istəyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.