Döymə etdirən hər kəsdə müşahidə olunur: Alimlərdən xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bütün dünyada milyonlarla insanın bədənini bəzəyən döymələr haqqında Cənubi Danimarka Universiteti və İsveçdəki Lund Universitetinin tədqiqatçılarından narahatedici məlumatlar daxil olub. Aparılan genişmiqyaslı araşdırmalar döymə mürəkkəbinin yalnız dəri səthində qalmadığını, hüceyrə səviyyəsində immun sistemini hərəkətə keçirərək ciddi sağlamlıq problemlərinə zəmin hazırladığını sübut edib.
Milli.Az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, dərinin altına yeridilən döymə mürəkkəbi zamanla bədən mayesi və qan vasitəsilə limfa düyünlərinə qədər çatır. İmmun sistemi bu yad cisimləri bədəndən xaric etmək üçün daim mübarizə apararkən, bu vəziyyət limfa düyünlərində xroniki iltihablanmaya (enflamasiyaya) səbəb olur. Daim davam edən bu iltihablanma isə zamanla hüceyrə strukturunu pozaraq xərçəng riskini tətikləyir.
Dəri xərçəngi riskini 4 dəfəyə qədər artırır
Danimarka Əkiz Döymə Kohortunun məlumatları əsasında minlərlə insanın iştirakı ilə həyata keçirilən araşdırmada döyməsi olan şəxslərdə dəri xərçəngi riskinin ümumilikdə 1,62 dəfə daha yüksək olduğu müəyyən edilib. Lakin döymənin ölçüsü böyüdükcə təhlükənin miqyası da artır.
Döymənin ölçüsü çox önəmlidir
Ovuc içindən daha böyük ölçüdə döyməsi olan şəxslərdə dəri xərçəngi və bir növ qan xərçəngi olan lenfoma riski ciddi şəkildə artım göstərir. Müəyyən ölçüdəki döymələrdə dəri xərçəngi riski 3,91 dəfəyə, bazal hüceyrəli karsinoma riski isə 2,83 dəfəyə yüksəlir. İsveçdə 11 mindən çox insan üzərində aparılan paralel araşdırmada isə döyməli şəxslərdə lenfomaya tutulma ehtimalının döyməsi olmayanlarla müqayisədə 21 faiz daha çox olduğu müəyyənləşdirilib.
Ən təhlükəli mürəkkəb rəngi bəlli oldu
Tədqiqatçılar döymələrdə ən çox istifadə edilən qara mürəkkəbin tərkibində insan sağlamlığı üçün kanserogen olduğu bilinən qurum məhsullarının (carbon black) olduğunu qeyd ediblər. Digər tərəfdən, dəriyə yeridildikdə bədəndə və dəridə ən şiddətli reaksiya doğuran rəngin isə qırmızı mürəkkəb olduğu müəyyən edilib.
Mütəxəssislər döymə etdirdikdən sonra dərisində və ya limfa bölgələrində qeyri-adi əlamətlər hiss edən şəxslərin vaxt itirmədən həkimə müraciət etməli olduğu barədə xəbərdarlıq edirlər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Döymə etdirən hər kəsdə müşahidə olunur: Alimlərdən xəbərdarlıq
-
Uzatma kabelləri tarixə qovuşur
-
Fəhlələr divarı sökərkən arxasından 500 illik ayaqqabılar çıxdı
-
İtalyanların qurumayan pizza xəmiri resepti: Yalnız bir qaşıq əlavə edirlər
-
Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar
-
Saç tökülməsinə qarşı evdə hazırlanan təbii tonik
XƏBƏR LENTİ
-
Bakının iki rayonunda qaz kəsiləcək
-
Döymə etdirən hər kəsdə müşahidə olunur: Alimlərdən xəbərdarlıq
-
Uzatma kabelləri tarixə qovuşur
-
Fəhlələr divarı sökərkən arxasından 500 illik ayaqqabılar çıxdı
-
İtalyanların qurumayan pizza xəmiri resepti: Yalnız bir qaşıq əlavə edirlər
-
Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar
-
Saç tökülməsinə qarşı evdə hazırlanan təbii tonik
-
Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı - Siyahı
-
Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur
-
Millətlər Liqası: Almaniya Serbiyaya, Portuqaliya Danimarkaya qalib gəlib
-
Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizinin reallaşdırılmasını dəstəkləyir
-
"Trabzonspor"un matçını idarə edən hakim saxlanıldı
-
“Bu oyun ayıbımız kimi yadda qalacaq” - Mahir üzr istədi - (Video)
-
Əmrahın oğlu xanımı ilə Zaqatalada - (Video)
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
“Bütün dünya İran xalqına heyranlıq duyur”
-
Brüs Uillisin son halı - (Foto)
-
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb - (Foto/Video)
-
İnam Kərimov: "Süni intellekt heç bir halda hakimi əvəz edə bilməz"
-
Coratda boşanmaq istəyən qadın qətlə yetirilib, əri şübhəli bilinir - Yenilənib (Foto)
-
“Mənim hesabıma milyonlar yedi" - Tacirdən müəlliminin qarğışına cavab
-
“Rusiyada olan məhvetmə vasitələri heç kimdə yoxdur” - Putin
-
Sankt-Peterburqda Miller malikanəsində güclü yanğın baş verib - (Video)
-
Moskva vilayətində kimya zavodunda güclü partlayış - ölən və yaralananlar var - (Video)





