Şou-biznes

Eldəniz Məmmədov magistraturaya qəbul oldu

1 Oktyabr 2026 17:48
Baxış: 427
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub.

Milli.Az Axşam.az-a istinadla xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində deyib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:

"Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində. Birinci kurs tələbəsiyəm. 2 il yarımdan sonra qayıdacağam. Ailədə bir mənim magistr təhsilim yox idi, o da oldu".

Qeyd edək ki, Eldəniz daha əvvəl Qarabağ Universitetində çalışmaq istədiyini, lakin magistr təhsili olmadığı üçün buna icazə verilmədiyini açıqlamışdı.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.