Hadisə

Gəncədə məktəbdə zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirildi

1 Oktyabr 2026 14:29
Baxış: 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gəncədə orta məktəblərdən birində zəhərlənmə hadisəsi baş verib.

TƏBİB-dən verilən məlumata görə, oktyabrın 1-də saat 12:30 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər qadın cinsli şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicəsi müvafiq şöbədə davam etdirilir. Onların vəziyyəti stabil qiymətləndirilir", - məlumatda bildirilib.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Gəncə şəhərində orta məktəblərdən birində baş verən zəhərlənmə hadisəsi nəzarətə götürülüb.

Agentliyin mütəxəssisləri tərəfindən hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.