Bakıda xalq artistinin oğlu döyülüb, çənəsi sındırılıb - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın xalq artisti, mərhum Yuri Baliyevin oğlu Artur Baliyev Bakıda bir neçə nəfər tərəfindən döyülüb.
Milli.Az xəbər verir ki, Bakupost-a müraciət edən Artur Baliyev və anası, əməkdar artist Nataliya Baliyeva işin obyektiv araşdırılmadığından narazıdırlar.
İnsidentin avtomobildə yaranmış cızıqla bağlı başladığı bildirilir. İddiaya görə, Nataliya Baliyevanın idarə etdiyi avtomobilin başqa maşına toxunaraq onu cızdığı deyilib və məsələni aydınlaşdırmaq üçün Artur Baliyev hadisə yerinə - qonşu həyətə çağırılıb.
Artur Baliyev bildirib ki, anası ilə birlikdə hadisə yerinə gedib və qarşı tərəfə məsələnin polis və sığorta şirkəti vasitəsilə araşdırılmasını təklif edib:
"Dedim ki, əgər araşdırma nəticəsində anamın günahı müəyyənləşsə, dəymiş zərəri ödəməyə hazırıq. Amma bununla razılaşmadılar".
Şikayətçinin sözlərinə görə, mübahisə zamanı hadisə yerinə daha bir neçə nəfər gəlib və bundan sonra ona fiziki güc tətbiq olunub.
"Yerə yıxıldım və bir neçə nəfər məni vurmağa başladı. Zərbələr əsasən üzümə, gözümə və bədənimə dəyirdi. Bir nəfər isə sinəmin üstündə oturaraq qalxmağıma imkan vermirdi", - Artur Baliyev deyib.
Onun sözlərinə görə, bütün bu hadisələr anasının gözü qarşısında baş verib. Artur Baliyev daha sonra polisə və təcili tibbi yardıma özü zəng etdiyini bildirib.
Şikayətçi ərazidə şahidlərin və müşahidə kameralarının olduğunu desə də, sonradan həmin kameralardan hadisəni əks etdirən görüntülərin əldə edilmədiyini qeyd edib.
Ailənin məlumatına görə, təcili yardım briqadası Artur Baliyevə ilkin tibbi yardım göstərib. O, daha sonra Kliniki Tibbi Mərkəzə aparılıb və 4 gün xəstəxanada müalicə olunub.
Hadisə Binəqədi Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində araşdırıldıqdan sonra materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Zamiq Bağırovun baxdığı bildirilir.
Baliyevlər deyirlər ki, məhkəmə mərhələsində məhkəmə-tibbi ekspertizasının Artur Baliyevin xəsarətlərini yüngül dərəcəli qiymətləndirdiyini öyrəniblər. Ailə həmçinin hadisədə bir neçə nəfərin iştirak etdiyini, məhkəməyə isə yalnız bir nəfərin çıxarıldığını bildirir.
Artur Baliyevin sözlərinə görə, həmin şəxs 2002-ci il təvəllüdlü Turxan Ramin oğlu Zeynalovdur.
Şikayətçi qarşı tərəfin hadisə ilə bağlı fərqli ifadə verdiyini, ona yalnız şillə vurulduğunun bildirildiyini deyir.
"Biz bununla razı deyilik. Mən 4 gün xəstəxanada qalmışam, müxtəlif müayinələrdən keçmişəm. Yuxarı çənəmin sınığına görə uzun müddət müalicə almışam, bir gözümdə isə hələ də görmə ilə bağlı problem var", - Artur Baliyev bildirib.
Baliyevlər hadisənin bütün iştirakçılarının müəyyənləşdirilməsini, məhkəmə-tibbi ekspertizasının rəyinin yenidən və obyektiv qiymətləndirilməsini, eləcə də iş üzrə bütün sübutların araşdırılmasını istəyirlər.
Fotoda Yuri Balıyev
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda xalq artistinin oğlu döyülüb, çənəsi sındırılıb - (Foto)
-
Bu deputatın mandatı ləğv edildi - (Foto)
-
Payızda bu qaydalar saçlarınızı qoruya bilər
-
Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
-
AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib
-
Tbilisiyə qatar bileti ucuzlaşdı - Bu tarixdən
XƏBƏR LENTİ
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar
-
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
-
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
-
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb – Baş Prokurorluq
-
Bərdədə qəza zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoran bağlandı - (Foto)
-
Bakıda xalq artistinin oğlu döyülüb, çənəsi sındırılıb - (Foto)
-
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı
-
Ağstafada müəllimlər arasında dava: "Məni telefonla çəkirdi" - (Yenilənib)
-
Hacıqabulda qəza - 4 nəfər xəsarət alıb
-
Gəncədə 5 şagird zəhərlənib, məktəbin bufeti bağlanıb - (Yenilənib)
-
Bu deputatın mandatı ləğv edildi - (Foto)
-
Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
Payızda bu qaydalar saçlarınızı qoruya bilər
-
Bakıda şadlıq sarayında istehlaka yararsız ətlər tapıldı
-
6667 hektar ərazi minalardan təmizləndi
-
Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
-
AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib
-
Türkiyədə kömür mədənində uçqun: 5 işçi dağıntılar altında qalıb
-
Tbilisiyə qatar bileti ucuzlaşdı - Bu tarixdən
-
“Ölümdən qorxmasam da, xəstəliklə ölməkdən qorxuram”
-
Hava dəyişir - BDYPİ sürücülərə müraciət etdi
-
Xırdalanda yolu keçən qadını avtomobil vurdu





