Şou-biznes

Şeyx Əbdüldə daha bir xəstəlik aşkarlandı

1 Oktyabr 2026 14:26
Baxış: 524
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun müayinələrinin bəzilərinin nəticələri açıqlanıb.

Milli.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, aktyor digər müayinələrin nəticələrinin bir neçə günə bilinəcəyini deyib:

"Səhhətimdə müəyyən problemlər var. Bəzi nəticələr yaşa uyğundur, bəziləri isə həkimlər üçün sual doğurub. Həkimlər hələ qərar verə bilmirlər ki, haradan başlasınlar. Parkinson xəstəliyi də aşkarlanıb. Ona görə bu gün konsilium keçirəcəklər".

Aktyor hazırda özünü çox pis hiss etdiyini vurğulayıb:

"Otaqda otura bilmirəm. Mədə-bağırsağımda problemlər var, bu da mənə psixoloji təsir edir. Narahatam".

Qeyd edək ki, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranıb. Aktyor Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. O, bir müddət əvvəl özəl xəstəxanalardan birində əməliyyat da olunmuşdu.

Xatırladaq ki, Parkinson mərkəzi sinir sisteminin hərəkətləri idarə edən beyin hüceyrələrinin (dopamin istehsal edən neyronların) tədricən məhv olması ilə inkişaf edən proqressiv (mütərəqqi) nevroloji xəstəlikdir. Əsas əlamətləri titrəmə (Tremor), hərəkətlərin yavaşıması, əzələ sərtliyi, balans və duruş pozuntusudur. Xəstəliyin dəqiq səbəbi tam məlum deyil, lakin əsas risk faktorlarına yaşlanma (adətən 60 yaşdan yuxarı), genetik amillər və ətraf mühit toksinləri daxildir. Beyində dopamin çatışmazlığı hərəkətlərin tənzimlənməsini pozur.

Tam sağaltma üsulu olmasa da, dərman vasitələri (məsələn, Levodopa), fizioterapiya və irəli mərhələlərdə cərrahi müdaxilələr (dərin beyin stimulyasiyası - batareya müalicəsi) vasitəsilə simptomlara uğurla nəzarət etmək və həyat keyfiyyətini yüksəltmək mümkündür.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.